“Şahanə bir şey yaşamaq” mahnısına görə tənqid olunan tanınmış Türkiyəli müğənni Sezen Aksu susqunluğunu pozub. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, pop müğənni bütün iradlara sosial şəbəkə hesabında açıqlama yayıb. Sezen ona dəstək olan hər kəsə təşəkkür edib:

“Əvvəla anlayışlı davranaraq məsələnin araşdırılmasını istəyən, dəstək mesajları yazan, zəng edən, tandığım və tanımadığım bütün dostlara təşəkkür edirəm. Bildiyiniz kimi, mövzu mən deyiləm, mövzu ölkədir. Bilirsiniz, özümü tanımağa başlayandan müxtəlif insanlıq hallarını izləyib, bunları sözə çevirirəm”, – S.Aksu bildirib.

Tanınmış müğənni ardınca 2010-cu il və 21 yanvar 2022-ci ildə yazdığı mahnıları paylaşaraq qeyd edib: “Nəticə olaraq 47 ildir yazıram. Yazmağa da davam edəcəyəm. Məsələn, “Hop dedik” mahnısını 2010-da, “Avcı”nı isə dünən yazmışam. Nəticə etibarilə 47 ildir yazıram, yazmağa da davam edəcəm. Məni öldürə bilməzsən. Səsim, sazım, sözüm var mənim. Mən deyərkən mən hərkəsəm”.

Yada salaq ki, “Şahanə bir şey yaşamaq” adlı bəstəsinin sözlərinə görə Sezen Aksuya qarşı “linç etmə” kampaniyası başladılıb. Belə ki, mahnıdakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə sosial şəbəkələrdə Aksu tənqid hədəfinə çevrilib. Dini dəyərləri təhqir etməsi iddiası ilə müğənni təhdid olunur. Bu təhdid və tənqidlərə dindarlarla, vətəndaşlarla yanaşı, siyasətçilər də qoşulub. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə sərt reaksiya verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın