Nigerdəki sonuncu fransalı hərbçilər ölkəni tərk ediblər.

YALAN.info bildirir ki, bununla bağlı Niger ordusunun leytenantı Salim İbrahim Niameydə keçirilən mərasim zamanı deyib. “Bu gün Fransa qoşunlarının Qərbi Afrikadan çıxarılması prosesi başa çatır”, – deyə o qeyd edib. 

Yada salaq ki, Fransa 26 iyul çevrilişindən sonra Nigerdən təxminən 1500 əsgər və pilotu geri çəkəcəyini bildirib. İndi Nigerdə ​​hələ yüzlərlə amerikalı hərbçi, eləcə də bir sıra italyan və alman əsgərləri qalır.

Qeyd edək ki, bu, 18 aydan az müddətdə üçüncü dəfə idi ki, Fransa qoşunları Afrika regionunda bir ölkədən çıxarılır. Onlar hərbi çevrilişlərdən sonra keçən il Malidəki keçmiş koloniyalarını və bu ilin əvvəlində Burkina-Fasonu tərk etməyə məcbur olublar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın