UEFA EURO 2016-nın ilk yarımfinalçısı Portuqaliya oldu

UEFA EURO 2016-nın 1/4 final mərhələsinin ilk oyunu Marsel şəhərinin “Velodrom” stadionunda keçirilib. Bakı vaxtı ilə saat 23:00-da başlayan oyunda Portuqaliya və Polşa yığma komandaları qarşılaşıblar.

Görüşün 2-ci dəqiqəsində Polşa yığmasının kapitanı Robert Levandovski fərqlənərək komandasını hesabda irəli çıxarıb. Lakin polyaklar bu üstünlüklərini qorumağı bacarmayıblar.

Oyunun 33-cü dəqiqəsində Renato Sançes Portuqaliyanın bərabərlik qolunun müəllifi olub. Oyunda bundan başqa qol olmayıb və qarşılaşma 1-1 hesabı ilə başa çatıb.

Qarşılaşma heç-heçə başa çatdığından əlavə vaxt oynanılıb. Artırılmış vaxtda da hesab açılmadığı üçün 11 metrlik cərimə zərbələri seriyası yerinə yetirilib. Penaltilər seriyasında 6-4 hesabı ilə qalib gələn Portuqaliya yığması yarımfinala vəsiqə qazanan ilk komanda olub. Maraqlıdır ki, hələlik Portuqaliya millisinin bu ilki UEFA EURO 2016 Avropa çempionatında keçirdiyi bütün oyunların əsas vaxtı heç-heçə başa çatıb.


Portuqaliya – Polşa: 1-1 (5-3 p)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir