Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, yeni tədris dövrü ilə bağlı Azərbaycan Ordusunun qoşun növləri və hərbi bölmələrində keçirilən praktiki məşğələlər uğurla yerinə yetirilir.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən toplaşma rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir.

Qoşunların döyüşə hazırolma durumunun yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq sərgiləyirlər.

Yeni tədris dövründə praktiki məşğələlər icra olunur

Komando bölmələri yeni tədris dövründə müxtəlif tapşırıqların icrasını məşq etdirirlər

Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə bağlı olaraq komando bölmələri müxtəlif tapşırıqların yerinə yetirilməsini məşq etdirirlər. Məşqlərdə yaranmış duruma uyğun olaraq düşərgə tərəfindən əməliyyat şəraiti dəyərləndirilib, taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanaraq bölmələrə tapşırıqlar verilib.

Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən komandolar verilən tapşırıqların icrası ilə bağlı uyğun qərarlarını bölmələrə çatdırıblar. Döyüşə hazır duruma gətirilən bölmələr yaşayış məntəqələrində və açıq ərazilərdə reydlərin keçirilməsi, eləcə də başqa əməliyyatlar üzrə fəaliyyətləri yüksək peşəkarlıqla yerinə yetiriblər.

Komando bölmələri yeni tədris dövründə müxtəlif tapşırıqların icrasını məşq etdirirlər

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın