Avstriyanın Lints şəhərində keçirilən karate üzrə 2016-cı il Dünya Çempionatının dördüncü günündə Azərbaycan milli komandasının təcrübəli kateçisi Rəfael Ağayev üçün uğurlu oldu.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, karateçimiz Rəfael Ağayev (75 kq) növbəti dəfə Dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib.


Rafael Aghayev vs. Asiabari Aliasghar. Semifinal. World Karate Championship 2016, Linz, Austria HD

Final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev beşqat Dünya çempionu adını qazanıb.

Yada salaq ki, artıq 31 yaşı olan idmançımız Rəfael Ağayev bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olub.


Karate üzrə (75 kq) 2016 Dünya Çempionu Rəfael Ağayev: Azərbaycan bayrağını yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək bizim borcumuzdur

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın