BMT Baş Assambleyasının xüsusi sessiyasının iştirakçıları Rusiyanın Ukraynaya vurduğu zərərin beynəlxalq reyestrinin yaradılması, habelə ziyanın kompensasiyası mexanizminin yaradılmasının zəruriliyini etiraf edən qətnamə qəbul ediblər.

YALAN.info bildirir ki, qətnamənin lehinə 94 ölkə, əleyhinə 14 ölkə səs verib və səsvermə zamanı 73 ölkə bitərəf qalıb.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın xüsusi sessiyada müzakirələrin əvvəlində qeyd etdiyi kimi, qətnamə öncə Qərb ölkələri tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirəsini qanuniləşdirmək məqsədi daşıyır.

Hansı ölkə necə səs verdi

Sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham Adaları Birliyi, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib.

MDB ölkələrindən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan bitərəf qalıb. Qətnaməni Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya dəstəkləyib. Azərbaycan və Türkmənistan isə səsvermədə iştirak etməyib.

Qətnaməni dəstəkləyən dövlətlər arasında Macarıstan və Türkiyə də var. İndoneziya, Səudiyyə Ərəbistanı və Serbiya ilə birlikdə Braziliya, Hindistan və Cənubi Afrika da bitərəf qalıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın