“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukraynada taktiki nüvə silahından istifadə edə bilər”.

YALAN.info bildirir ki, bununla bağlı ABŞ-ın “New York Times” nəşrinin məqaləsində vurğulanıb.

“Düzdür, Rusiya dövlət başçısının hələlik belə bir zərbə hazırladığına dair heç bir sübut yoxdur. Buna baxmayaraq, sözügedən addım istisna edilməyib”, – məqalədə bildirilib.

Ekspertlərin qənaətinə görə, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyanı da nəzərə almalıdır: “Bu dövlətlərin liderləri Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı ən sərt tənqidlər sələndiriblər”.

Yada salaq ki, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın