Qarabağ Futbol Klubu ardıcıl 3-cü dəfə Azərbaycan Çempionu oldu

Topaz Premyer Liqasının 32-ci turunun son oyun günündə Qarabağ FK Azərbaycan çempionu adını qazanıb.

Qurban Qurbanovun yetirmələri səfərdə Zirəyə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq, tarixində dördüncü, ardıcıl isə üçüncü dəfə Azərbaycan çempionu oldu. Ağdam təmsilçisi bu uğuru sayəsində 2016-2017 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib.

Beləki, Qarabağ 32-ci turda səfərdə qarşılaşdığı ən yaxın izləyicisi Zirəni 2:0 hesabı ilə məğlub etməklə xallarını 75-ə yüksəldib. Bu nəticədən sonra 60 xalla 2-ci pillədə qalan Zirə üçün qalan 4 turda 15 xallıq fərqi aradan qaldırmaq teoritik olaraq əlçatmazdır.

Oyunda qolları 28-ci dəqiqədə Dani Kintana, 74-cü dəqiqədə isə Reynaldo vurub.


Topaz Premyer Liqası, 32-ci tur, “Zirə” 0-2 “Qarabağ” – Geniş icmal

Qarabağ Futbol Klubunun idman direktoru Əmrah Çәlikәl oyunla bağlı fikirlərini bölüşüb: “Çempion olduğumuza görә sevinirik. Ardıcıl 3-cü dәfә çempion olduq. Bu mövsüm daha rahat keçdi. Qurban Qurbanov təvazökar insandır. Çempionatda güclü komandalar var. Sadәcә biz yaxşı oynayıb birinci olduq”.

Azərbaycan Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqasında 32-ci turun bütün oyunları başa çatıb.


Topaz Premyer Liqası, 32-ci tur, “Kəpəz” 3-2 “Rəvan” – Geniş icmal


Topaz Premyer Liqası, 32-ci tur, AZAL 1-0 “Xəzər Lənkəran” – Geniş icmal


Topaz Premyer Liqası, 32-ci tur, “Qəbələ” 2-2 “Neftçi” – Geniş icmal


Topaz Premyer Liqası, XXXII tur, “İnter” 2-2 “Sumqayıt” – Geniş icmal

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir