ABŞ Prezidenti Co Bayden (Joe Bayden) hesab edir ki, Rusiya və Çin BMT-nin iqlim dəyişikliyi üzrə COP26 konfransında kifayət qədər səy göstərməməkdə böyük səhv ediblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, jurnalistlərə açıqlama verən Bayden iqlim problemlərinin bütün dünyanın diqqətini çəkən tək və önəmli məsələ olduğunu vurğulayıb.

“Və onlar (Çin) kənara çəkildilər. Eyni şey Putinə, Rusiyaya da aiddir. Tundra yanır, doğurdan da yanır. Onların ciddi iqlim problemi var və bununla bağlı nəsə etməyə gələndə susurlar”, – deyə ABŞ lideri bildirib.

Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin konfransda şəxsən iştirak etməyiblər. Bununla belə, Rusiya lideri video formatda görüş iştirakçılarına müraciət edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın