“Mən gur səslə demək istərdim: Simeone oyunçular, klubun direktorları və azarkeşlər üçün toxunulmazdır. Şübhəsiz ki, ona hər şeyi etməsinə icazə verilir”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bunu İspaniya Atletiko Madridinin prezidenti Enrike Serezo komandanın baş məşqçisi Dieqo Simeonenin ünvanına yönəlmiş tənqidlərə cavab verərkən deyib. Serezo komandanın Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını belə dəyərləndirib: “Bunu hər zaman deyirəm: Biz futbol oynayırıq. Oyun isə necə varsa, elədir. Hərdən udur, hərdən də uduzursan. Roma ilə oyunda hesabı 4 dəfə aça bilərdik. Qarabağla qarşılaşmalarda isə 14 min şansımız oldu. Bu, təkcə Atletiko Madridin oyunçularının yox, bir çox elit klubun üzləşdiyi problemdir. Mən yenə fantastik komandamızın, gözəl baş məşqçimizin və fenomenal fanatımızın olduğu düşüncəsindəyəm. Bunlar mənim üçün yetərlidir”.

Klub prezidenti C qrupunda 4 oyundan sonra 3 xalı olan Atletiko Madridin qalan 2 oyunda möcüzə etməsinin çətin olacağını deyib. Bununla belə, Serezo bildirib ki, möcüzəyə yalnız komandanın özü inana bilər: “Siz klubun ayağa qalxacağını hamıdan az gözlədikcə, heç nə alınmayacaq. Hədəfimiz qalan 2 oyunu udmaq və Çelsi ilə Romanın Qarabağ FK ilə görüşlərdə büdrəyəcəklərinə ümid etməkdir. Avropa Liqasına düşsək belə, titul uğrunda mübarizə aparacağıq. Qazanacağımız istənilən titul çox yaxşı uğur olacaq”.

Onu da vurğulayaq ki, Atletiko Madrid indiyədək İtaliya Roması və Qarabağla səfər oyunlarından qolsuz heç-heçə ilə ayrılıb. Azərbaycan komandası ilə Madriddəki görüş isə 1-1 hesablı heç-heçə ilə sonlanıb. Yalnız Çelsi ilə ev oyununda Atletiko uduzub: 1-2. 4 turdan sonra C qrupuna 8 xalla Roma başçılıq edir. Çelsinin 7, Atletiko Madridin 3, Qarabağın 2 xalı var. Noyabrın 22-də keçiriləcək V tur qarşılaşmalarında Qarabağ FK Çelsini, Atletiko Madrid Romanı sınağa çəkəcək. Son turda – dekabrın 5-də isə Roma Qarabağı, Çelsi FK Atletiko Madridi qəbul edəcək.

Növbəti mərhələyə çıxmaq üçün hər 4 komandanın şansları olsa da, əsas mübarizə Avropa Liqasına çıxa bilmək üçün 3-cü yer uğrunda Atletiko Madrid – Qarabağ FK arasında gedəcək.

Çempionlar Liqası – C Qrupu

1 Roma 8
2 Çelsi 7
3 Atletiko Madrid 3
4 Qarabağ 2

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın