Müğənni Aysel Əlizadə: 300-400 Maaş Alan Oğlana Ərə Getmərəm

“İnsan sevgisiz yaşaya bilməz. Bu, şərt deyil ki, qarşı tərəfdə mütləq kimsə olmalıdır. İnsanın həyatda sevdiyi şəxs olmalıdır. Onun üçün özəl olmalıdır, onun üçün yaşamalıdır. Bu, önəmli duyğulardır. O yoxdursa, insanın həyatda zövq alacağı nəsə olmalıdır. İnsan yaxınını, doğmasını da sevə bilər. Onların sevgisiylə də yaşaya bilər”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu müğənni Aysel Əlizadə müsahibəsində ARB kanalına deyib.

Aysel Əlizadə yay istirahətində ayaqlarını uzadıb ancaq dincəlməklə məşğul olmayıb. Sənətçi gələn həftə yeni mahnısını sevənlərinə təqdim edəcəyini söylədi.

Aysel Əlizadə: “Yay aylarında istirahətlə yanaşı işimiz də olub. Nəticəsi üzümüzə gələn həftə təqdim olunacaq. Yeni mahnımı təqdim edəcəm. Sözləri Leyliyə, musiqisi Hakan Erola aiddir. Gözəl cütlük və onlardan dünyaya gələn gözəl bir bəstə. Mahnı “ Sənə aid “adlanır”.

Nə məsələdirsə, bəzi insanlar od olmayan yerdən güc-bəla ilə tüstü çıxarıb Ayselin Türkiyədə bizneslə məşğul olmasından danışırlar. Ancaq əslində…

Aysel Əlizadə: “Allah ağzınızdan eşitsin. Mən də soruşanda ki, Türkiyədə işiniz davam edir? Deyirəm, hansı işim davam edir? Mənim kliplərim çəkilərsə, aranjiman lazım olarsa Türkiyəyə gedərəm. Orda çox dostum var. İstəsəm, orda işbirliyi qura bilərəm. Amma istəmirəm. Öz vətənim mənim üçün yetərlidir. Həyatdır, hər şey ola bilər. Ancaq hazırda Türkiyə ilə heç bir biznes əlaqəm yoxdur. Yəqin ki nə vaxtsa elə bir iş quracam ki, bu haqda heç kim bilməyəcək”.

Müğənninin fanatları onun saçına heyran qaldıqları üçün hər zaman maraqlanırlar ki, bu, Ayselin öz saçlarıdır, yoxsa… Biz də onları intizarda saxlamayıb, elə həmin sualı müğənniyə ünvanladıq.

Aysel Əlizadə: “Ayselin öz saçlarıdı, maşallah. Bir saçlarım qalıb heç olamasa ona göz dəyməsin. Ümumiyyətlə, mən çox göz götürənəm. Bu xəbəri verəndə ekrana gözmuncuğu qoyun. Mən saçlarıma qulluq edirəm. Əvvəllər elə də çox baxmırdım. İndi məndə immunitet zəifliyi yaranıb. Ona görə də saçlarım tökülür. Deyirlər ki, pulu var gedib edir. Amma bunlar boş sözlərdir. Elə maskalar var ki, siz evdə oturaraq da onları edə bilərsiniz”.

Aysel bu cür nərmə-nazik olsa da, bəzən heç kimin yemədiyi qədər yediyini, bəzən isə günlərlə ac qaldığını etiraf etdi.

Aysel Əlizadə: “Bu gün çox yemişəm. Bundan sonra 2-3 gün yeməyə ara verəcəm. Ürəyim bu gün dəhşətli dərəcədə yemək istədi. Paxlava yemişəm, plov yemişəm, halva yemişəm. Hamısı da ki, kaloridir. Artıq sabah, birisigün yemək yeməyəcəm. İdmanla məşğul olacam. Əvvəllər yarım saat qaçırdımsa, indi 1 saat qaçacam”.

Sevgisiz insanın yaşamadığını söyləyən müğənninin hələlik əks cinsə qarşı sevgisi olmasa da, hər halda Aysel sevgidən yaman ağızdolusu danışdı.

Münasibət məsələsindən, nə vaxtsa ailə quracağı şəxsin maddi vəziyyətindən ümumi danışan Aysel Əlizadə şəxsi istəklərini də elə bu minvalla çatdırmış oldu.

Aysel Əlizadə: “Mən Aysel Əlizadə olaraq çox şükür öz ayaqlarım üstə durmağı bacarıram. Bu gün mənim müəyyən qədər qazancım var. Heç Aysel Əlizadə olmasın, olsun hansısa xanım. Heç müğənni deyil. Açıq danışacam. İki -üç min qazanan insan bu məbləğdə qazanca, bu yaşayış tərzinə öyrəşib. Bu insanın ailə qurma şansı yaranır. Ailə quracağı insansa, ayda heç 300-400 manat qazanmır. Amma deyirlər ki, sən kasıb oğlana gedərsən? Mən məntiqlə başa salmaq istəyirəm ki, elə adama gedərəm ki, həyatımı eyni şəkildə yaşamağım üçün lazım olan hər şeyi təmin etsin. Ailə quracağım insan mənə indi necə yaşayıramsa, bax o həyatı mənə yaşada bilməlidi. Yoxsa, mən depressiyaya düşərəm”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir