Ukraynalı sənətçilər Rusiyada çıxış etməməlidirlər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze ukraynalı sənətçilərlə bağlı ünvanlanan suala cavabında deyib.

Sənətçi əlavə edib ki, özü də Rusiyaya getmir və səyahət edənlərlə ünsiyyət qurmur.

Qeyd edək ki, o, 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı müharibədən və Moskvanın bu respublikanın və Abxaziyanın müstəqilliyini tanımasından sonra Rusiyada çıxış etməkdən imtina edib. O, Rusiya prezidentinin təltif etdiyi “Xalqlar Dostluğu” ordenindən də imtina edərək bildirib ki, rus xalqına hörmət edir, ancaq mükafatları qəbul edə və konsert verə bilməz.

Öncəki xəbərÜmumdünya Səhiyyə Təşkilatı: Əfqanıstanda bir milyon uşaq aclıqdan ölə bilər
Sonrakı xəbərXumar Qədimova “Şuşa” adlı yeni mahnısını təqdim etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın