Əməkdar artist Xumar Qədimova Şuşa şəhərinə həsr etdiyi eyni adlı yeni kompozisiyasını təqdim edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Şuşa” mahnısının sözləri Rəşad Məcidin, musiqisi Xumar Qədimovanın özünündür.

Xumar Qədimova bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi “İsa bulağı” mahnısı ilə gəlib:

“Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var”.

“Şuşa” mahnısının sözləri

Min şəhər adı var dillərdə əzbər,
Adların ən üstün adıdıdr Şuşa.
Musiqi notudur cüt hecasıyla,
Dilimin şəhididir, dadıdır Şuşa.

Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır.
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa,
Ordudur Şuşa, ordudur Şuşa.

Qoynuna hər gələn yüz xəyal eylər,
Uzaqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birini lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.

Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır.
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa,
Ordudur Şuşa, ordudur Şuşa.

Xumar Qədimova — Şuşa (Rəsmi Audio)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın