Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı start götürüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Üzgüçülük Federasiyasının yenidən prezidenti seçilmiş Xanlar Fətiyevin qatıldığı rəsmi açılış mərasimindən sonra müxtəlif yaş kateqoriyalarında 150 FINA (Beynəlxalq Üzgüçülük Federasiyası) xalı toplamış 130-a yaxın qız və oğlan öz güclərini sınayıb.

Yarışa Türkiyədən də üzgüçülər qatılıb. Açıq ölkə çempionatında Bakının müxtəlif klublarından başqa, Naxçıvan Muxtar Respublikasından və Sumqayıt şəhərindən üzgüçülər öz güclərini sınayır. Yarışın ilk günündə oğlanlardan Əbdürrəhman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, qızlardan isə Məryəm Şeyxəlizadəxangah, Selcan Əbdürrəhmanlı, Ayan Kələntərova, Aysel Səfərova və Fatimə Alkərəmova kürsünün ən yüksək pillələrinə yüksəlib.

Bakı Su İdmanı Sarayında keçirilən çempionat bu gün və sabah da davam edəcək və qaliblər medal, diplom və pul mükafatları ilə təltif olunacaqlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın