Azərbaycan üzgüçülərinin Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında qoşula bilməmələrinin səbəbi maliyyə çatışmazlığı olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanovun Report informasiya agentliyinə verdiyi məlumata görə, idmançılar maliyyə probleminə görə yarışa yollana bilməyib.

Mütəxəssis bildirib ki, əvəzində öz hesablarına Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirə qatılıblar: “Orada Azərbaycanı 4 idmançı – Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Fatimə Alkərəmova və Rəşad Alquliyev təmsil etdi. Onlardan Şeyxəlizadəxangah 2 qızıl və 2 bürünc medal, Alquliyev 2 bürünc, Vəlizadə isə 1 bürünc medalla Vətənə qayıtdı. Toplam 2 qızıl, 5 bürünc medal qazandıq. Alkərəmova isə finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilmədi”.

Əbdürəhmanovun sözlərinə görə, yığma 13-22 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək dünya çempionatına və 26-28 noyabrda Bakı Su İdmanı Sarayında keçiriləcək Azərbaycan Çempionatına hazırlaşır: “Gənclər və İdman Nazirliyi söz verib ki, bizi dünya çempionatına göndərəcək. Nazilrliyə heç bir etirazım yoxdur, bizi maliyyələşdirəcək. Açığı, bunu federasiyadan gözləyirdik, amma imkanları olmadığı üçün alınmadı”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın