UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədov (Khabib Nurmagomedov) və Konor Makqreqor (Conor McGregor) arasında revanş görüşünün keçirilməsinin önəmli olmasının səbəbini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “BJPenn” məlumat yayıb.

“Bu döyüş çox pul gətirər. Aydındır ki, hər iki döyüşçü bu qarşılaşmadan yaxşı qazana bilər. Bunu ilk səbəb adlandıraq. İkinci səbəb – revanş onların ikisi üçün də önəmlidir. Konorun yerində olsan, keçmiş məğlubiyyətə görə qisas almaq istəyərsən, Həbibin yerində olsan isə doğurdan da güclü olduğunu sübut etmək üçün Makqreqoru ikinci dəfə udmaq istəyərsən”, – deyə D.Uayt bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov dəfələrlə bir daha peşəkar rinqə qayıtmayacağını açıqlayıb. 

Öncəki xəbərFHN rəsmisi ilə müsahibə: Evdə yanğın baş verərsə, nə etməliyik?
Sonrakı xəbərDİN-dən sosial şəbəkə istifadəçilərin xəbərdarlıq: Dələduzluq artmışdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın