Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur qaydasız döyüş turnirlərindən biri olan “Bellator”da debüt edib.

YALAN.info bildirir ki, Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda rinqə çıxan idmançının rəqibi ABŞ təmsilçisi Sidney Autlav (Sidney Outlaw) olub.

Musayev ilk raunddaca tanınmış döyüşçünü nokauta göndərməyi bacarıb. Görüş vur-tut 27 saniyə çəkib.

“Döyüşdən öncəki müsahibəmdə də demişdim ki, döyüş vaxtından tez qurtaracaq. Sevindirici haldır ki, vaxtından tez qələbə qazandım”, – bunu Azərbaycanın MMA idmançısı Tofiq Musayev “Bellator”dakı ilk görüşündə ABŞ təmsilçisi Sidney Autlavu cəmi 24 saniyəyə nokauta göndərməsi barədə danışarkən deyib.

33 yaşlı idmançı rəqibə hörmətlə yanaşdığını bildirib: “Reytinqdə 1-ci yerdə gedirdi. Düşünürdüm ki, döyüşümüz maraqlı olacaq. Belə olub-olmadığını tamaşaçılar deyə bilər. Artıq təlim-məşq toplanışı haqqında düşünürük. Hazırlıq keçəndən sonra məşqçilər heyəti və menecerim məsləhət görərsə, növbəti aylarda döyüşməyə hazıram”.

Musayev “Pitbull” ləqəbli braziliyalı Patriki Freyre (Patricky Freire) ilə döyüşünü Azərbaycanda keçirmək istədiyini söyləyib: “Çox istərdim ki, “Bellator” Vətənimdə olsun. Bu, bir çox yeniyetmə və gəncin bu idman növünə marağını daha da artırar. “Bellator”la müqavilə bağlayanda “Pitbull” şəxsi “Instagram” səhifəsində mənimlə revanş döyüşünə çıxmaq istədiyini yazmışdı. Onunla ancaq kəmər uğrunda döyüşə bilərəm”.

Bellator 283: Tofiq Musayev talks KO over Sidney Outlaw & not interested in Usman Nurmagomedov

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın