Keçmiş UFC çempionu Konor Makqreqor (Conor McGregor) Dağıstanlı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun (Khabib Nurmagomedov) onunla döyüşməkdən qorxduğunu deyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Makqreqor ESPN-ə müsahibəsində danışıb:

“Mənimlə döyüşməkdən qorxur. Buna dəhşətli dərəcədə əminəm. Ancaq onu günahlandırmıram. O gecə mən onun ən yaxşı, o isə mənim ən pis versiyamla mübarizə apardı”.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Makqreqor Nurməhəmmədovu fenomenal döyüşçü adlandırıb.

Əlavə olaraq bildirək ki, 2018-ci ilin oktyabrında irlandiyalı və rusiyalı arasındakı döyüş dördüncü turda Nurməhəmmədovun qələbəsi ilə sona çatmışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın