Nikaraquanı təmsil edən 23 yaşlı Şanis Alondra Palasios Kornexo El Salvadorda baş tutan “Miss Universe” gözəllik yarışmasının qalibi olub.

YALAN.info bildirir ki, hər il keçirilən sayca 72-ci “Miss Universe 2023” beynəlxalq yarışmada 80-dən çox ölkədən xanım iştirak edib.

Beləliklə Şanis Palasios, bu yarışmada qalib gələn ilk Nikaraqua təmsilçisi olub. İkinci yeri Tailand təmsilçisi 27 yaşlı Antonia Porsild, üçüncü isə avstraliyalı Moriah Vilson tutub.

Onu da bildirək ki, bu il “Miss Universe” yarışmasında Hollandiya və Portuqaliyadan olan iki transgender qadın yarışıb. Həm də iki evli iştirakçı – Kolumbiya və Qvatemaladan olan xanımlar qoşulublar. Bundan başqa, Nepal plus-size modeli ilə təmsil olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın