“Bu, qaydalara və qanunlara əsaslanan dünya nizamı ilə kobud güc arasındakı mübarizədir. Biz özümüzü uzun mübarizəyə hazırlamalıyıq. Bir günə, ya da bir aya qalib gələ bilməyəcəyik”.

YALAN.info bildirir ki, bu sözləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden (Joseph Biden) deyib.

ABŞ Prezidenti deyib ki, indi Ukrayna demokratiya və azadlıq uğrunda mübarizədə ön sıralardadır. “İndi Ukraynada azadlıq və repressiya arasında mübarizə gedir”, – Amerika lideri bildirib.

“Rusiya dünyada ən ağır cəza sanksiyaları altındadır və bundan sonra yeni sanksiyalar tətbiq olunacaq”, – Ağ Ev başçısı vurğulayıb.

ABŞ prezidenti həmçinin əlavə edib ki, Rusiya heç vaxt Ukraynanı məğlub edə bilməyəcək. “Dünya azad olacaq, Ukraynada heç vaxt Rusiyanın qələbəsi olmayacaq”, – Bayden deyib.

Onu da bildirək ki, bundan öncə, martın 26-da Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden qeyd edib ki, Rusiya diktatoru Vladimir Putin hakimiyyətdə qalmamalıdır: “Putin bütün avtokratlar kimi, kim daha güclüdürsə, onun haqlı olduğuna inanır”.

Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenski qanuni seçilmiş prezidentdir, babası nasist Almaniyasına qarşı vuruşmuşdur. Və onun ailəsi Holokostdan qaçırdı. Putinin özü isə “öz qarşısına elə məqsəd qoyub ki, ona nail olmayacaq”.

“Biz ukraynalıların xalqın birliyinin bir qəddar diktatorun planlarından daha güclü olduğunu necə nümayiş etdirdiyini görürük. Çoxdan keçmiş imperiyanı bərpa etməyə çalışan diktator öz məqsədlərinə çatmayacaq, çünki insanlar onun aləmində yaşamaq istəmir. Azad insanlar bunu heç vaxt dəstəkləməyəcəklər. Azad insanlar qaranlığın hökm sürdüyü dünyada yaşamaqdan imtina edirlər. Biz işığa, demokratiyaya, imkan azadlığına çalışırıq”, – deyə Bayden bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın