“Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”

YALAN.info bildirir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi “X” hesabında paylaşımında bildirib.

“Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin (Vətən Müharibəsi – Red.)) bitməsindən indiyədək qurbanların toplam sayı 341 nəfərə çatıb, onlardan 65-i həlak olub (50-si mülki şəxs, 15-i hərbçi). Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”, – paylaşımda deyilir.

Onu da bildirək ki, bugün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov mina partlaması nəticəsində xəsarət alıb. İlkin məlumata görə, ANAMA əməkdaşının sol ayağının daban nahiyəsində problem var. Ümumilikdə isə huşu yerindədir və yaxınları ilə danışır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın