Ukrayna Silahlı Qüvvələri ötən gün ölkənin Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsində Rusiyanın Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Rezantsevi öldürülüb.

YALAN.info bildirir ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksiy Arestoviç gündəlik keçirilən brifinqində bu məlumatı təsdiqləyib.

Yada salaq ki, bu Ukraynada son 1 ayda öldürülən 7-ci rusiyalı generaldır. Bununla belə, Rusiya indiyədək yalnız 41-ci ordu komandanı müavini general-mayor Andrey Suxovetskinin və Qara Dəniz Donanmasının rəis müavini, birinci dərəcəli kapitan (polkovnikə bərabər) Andrey Palinin ölümünü təsdiqləyib.

Öncəki xəbərAzərbaycan siyasi-diplomatik yolla qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasına nail olur
Sonrakı xəbərTanınmış jurnalist Aleksandr Nevzorov: Bir Jirinovski çox, biri az, nə fərqi var?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın