“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində 1/4 final mərhələsi sona çatıb.

Mərhələnin ikinci qarşılaşmaları çərçivəsində Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Niderland qrossmeysteri Aniş Giri ilə cavab görüşünə çıxıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu görüşdə də dünənki ilk qarşılaşmada olduğu kimi, 2:2 hesablı heç-heçə qeydə alınıb. 

Hesab bərabər olduğundan şahmatçılar blitsdə güclərini sınayıblar. İki oyunun nəticəsinə görə qrossmeysterimiz üstün olub (1,5:0,5) və növbəti mərhələyə yüksəlib. 

Onun yarımfinaldakı rəqibi ABŞ təmsilçisi Uesli So olacaq.

Digər yarımfinal görüşündə isə Maqnus Karlsenlə (Norveç) Maksim Vaşye-Laqrav (Fransa) üz-üzə gələcək. 

Qeyd edək ki, yarımfinal görüşləri fevralın 11-12-də olacaq və turnirə fevralın 13-14-də baş tutacaq final oyunları ilə yekun vurulacaq. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın