“Twitter” sosial şəbəkəsi ABŞ-ın eks-prezidenti Donald Tramın bloklanmış hesabını heç bir halda bərpa etməyəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu şirkətin maliyyə müdiri Ned Seqal MSNBC kanalına müsahibəsində deyib.

“Əgər biz kimliyindən asılı olmayaraq, hər hansı bir şəxsi platformadan xaric etmişiksə, bu qəti qərardır. Bizim qaydalarımıza görə, heç kimin zorakılığa çağırış etməyə ixtiyarı yoxdur. Əgər kiminsə hesabı bu səbəbdən bloklanırsa, bir daha bərpa edilmir”, – deyə “Twitter” rəsmisi bildirib.

Xatırladaq ki, D.Trampın sosial şəbəkədəki hesabı yanvarın 6-da Kapitoliyə hücumdan üç gün sonra bağlanıb.

“Twitter” rəhbərliyi olayların baş verdiyi gündə prezidentin yazdığı twitlərdə zorakılığa təhrik edən ifadələrin yer aldığını bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın