Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Dünya Kubokunun finalıda çinli Dinq Lireni məğlub edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən FIDE Dünya Kubokunda qalib gəlməklə 110 min dollar qazanıb. Onun çinli rəqibi Din Lirenin payına isə 80 min dollar düşüb. FIDE Dünya Kubokunun toplam ödül fondu 1 600 000 dollar olub.

FIDE Dünya Kubokunun finalı və 3-cü yer uğrunda qarşılaşmalar 4 oktyabrda heç-heçə bitdi.

Sürətli oyunlarda Teymur Rəcəbov ilk partiyanı ağlarla oynadı. Üstünlük bir oyunçudan digərinə bir neçə dəfə keçdi, ancaq oyun heç-heçə bitdi. İkinci qarşılaşmada daha sakit bir görüntü izləndi və qısa aradan sonra şahmatçılar barışdılar.

İlk 10 dəqiqəlik oyunda Rəcəbov İngilis Açılışında qaralarla üstünlük qazandı, ancaq Dinq Liren ayaqda durmağı bacardı. İkinci 10 dəqiqəlik oyunda da rəqiblər 30-cu gedişdə dostcasına əl sıxışmaları üstün tutdular.

FIDE World Cup 2019. Final. Tiebreaks | Part 1 |

İlk blitz oyununda Rəcəbov qaralarla kiçik bir üstünlüklə rəqibini geridə qoydu, ancaq Dinq Liren durumunu qoruya bilmədi. Dönüş oyununda, Çin büyük ustası bir geri dönüş etməyə çalışdı, ancaq sonunda o oyunu da uduzdu.

Beləliklə, finalı 6:4 qazanan Teymur Rəcəbov FIDE Dünya Kubokunu udan ilk azərbaycanlı şahmatçı oldu.

FIDE World Cup 2019. Final. Tiebreaks | Part 2 |

Maqnus Karlsen: Teymur mənə özümü axmaq kimi duydurdu

Rusiyalı şahmatçı Pyotr Svidler ilə birlikdə qarşılaşmanı şərh edən Karlsen Teymurun uduşunu “İnanılmaz çevriliş” kimi adlandırıb:

“Mən axmaq kimi göründüm, çünki oyun boyunca Din Lirenin uduzmaq ehtimalı yoxdur demişdim, Teymur oyunda inanılmaz çevriliş etdi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın