“Delta Telecom” MMC-də şirkətin internetlə təchiz etdiyi provayderlərin və güc strukturlarının nümayəndələrinin qoşulduğu təcili toplantı keçirilib. 

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının əldə etdiyi məlumata görə, toplantıda kiberhücumlara qarşı mübarizə, güvənlik məsələləri müzakirə edilib.

Toplam 100-ə yaxın şəxsin qatıldığı toplantıda “Delta Telecom” üçün yaradılmış yeni güvənlik sistemi təqdim edilib. “İskratel” MMC-nin ərsəyə gətirdiyi sistem kiberhücumlara qarşı mübarizə aparmağa imkan verəcək. 

“İndiyə qədər provayderlər ayrı-ayrılıqda özlərinin və müştərilərinin güvənliyini qoruyurdular, ancaq yeni sistemlə kiberhücumlarının qarşısı “Delta Telecom”da alınacaq”, – deyə toplantıda vurğulanıb. 

Toplantıya qoşulanlar ölkədə internet xidmətinin ucuzlaşdırılmasını da müzakirə edilib. “Delta Telecom”un nümayəndəsi bildirib ki, internet tariflərinin azaldılması hələ ki, gündəmdə deyil. Yada salaq ki, şirkət bu ilin mayında provayderlərə verilən internetin qiymətində təxminən 70 % endirim olacağını açıqlamışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın