Teymur Rəcəbov beynəlxalq turnirin finalında Levon Aronyanla qarşılaşacaq

Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirinin yarımfinal mərhələsi başa çatdı: finalda Teymur Rəcəbov erməni şahmatçı Levon Aronyanla qarşılaşacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı xəbər verir ki, bu gün 1/2 mərhələnin ikinci oyunları keçirilib.

Ötən gün ilk oyunda rusiyalı qrossmeyster Daniil Dubova 3:1 hesabı ilə qalib gələn təmsilçimiz Teymur Rəcəbov bugünkü qarşılaşmada da qələbəyə sevinib.

Dörd partiyadan ibarət olan qarşılaşmanın ilk iki partiyasında Rəcəbov qələbə qazandığından son iki oyunu oynamağa gərək olmayıb.

Bununla da rəqibini 2:0 hesabı ilə məğlub edən qrossmeysterimiz finala adlayıb.

$1.5M Champions Chess Tour: Airthings Masters | Day 7 | Commentary by David Howell & Jovanka Houska

Həlledici mərhələdə onun rəqibi fransalı Maksim Vaşe-Laqrevə hər iki gün baş tutmuş qarşılaşmada qalib gələn (3:1 və 2:1) Ermənistan şahmatçısı Levon Aronyan olacaq.

Turnirin final qarşılaşmaları yanvarın 2-3 tarixlərində baş tutacaq.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir