Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionu olub.

YALAN.info bildirir ki, bu, XXXV turda səfərdə “Şibenik” üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub.

Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran “Dinamo” ən yaxın izləyicisi “Hayduk”u 4 xal geridə qoyub.

Paytaxt təmsilçisi bununla ardıcıl 5-ci, toplam isə 23-cü dəfə Xorvatiya çempionu olub.

Onu da bildirək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

ŠIBENIK vs DINAMO 0:2 (35.kolo, HT Prva liga 21/22)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın