“Cənubi Qafqazda sülhün ən yaxşı təminatı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri üçtərəfli anlaşmaların prinsiplərindən istifadə edilməsidir”.

YALAN.info bildirir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Brifinqdə çıxışı edən M.Zaxarova qeyd edib ki, Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı 2020-2022-ci illər arasında bağlanmış üçtərəfli anlaşmaların yerinə yetirilməsinin tezliklə bərpa olunmasıdır.

M.Zaxarovanın sözlərinə görə, bu anlaşmalara Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsi, eləcə də ölkələr arasında sülh sazişinin hazırlanması daxildir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın