“Rusiya Prezidenti Vladimir Putin qorxaqdır. O müharibə etmək yerinə uşaqlara, dinc sakinlərə qarşı döyüşür. O, uşaqlardan silah kimi istifadə edir”.

YALAN.info bildirir ki, bunu ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi (Nancy Pelosi) MSNBC-yə müsahibəsində deyib.

“Terrorçuluğa sponsoruluq edən dövlətlərin siyahısında Rusiyanın adı yoxdursa, həmin sənədi cırıb, atın. Çünki nüvə silahı olan bir dövlət başqasına hücum edir, onu atom silahlı ilə hədələyir”, – o vurğulayıb.

Nümayəndələr Palatasının sədri Rusiyanın da terrorçuluğa sponsorluq edən dövlətlər siyahısına daxil ediləcəyinə əminliyinin bildirib. O, ABŞ Prezidenti Cozef Baydeninin bununla bağlı qərar qəbul edəcəyini söyləyib: “Rusiyanın bu siyahıya salınması ona qarşı sanksiyanın tətbiqini asanlaşdırar”.

N.Pelosi Rusiya hərbçilərinin Ukraynada törətdiyi hadisələri kəskin şəkildə qınayıb: “Putin qorxaqdır. O, müharibəni döyüşçülərə qarşı aparmaq yerinə – mülki əhaliyə qarşı vuruşur. O, uşaqlara qarşı döyüşür. O, bundan müharibə silahı kimi istifadə edir”.

Nensi Pelosi mayın 1-də Kiyevdə səfərdə olarkən ölkə Prezidenti Volodimir Zelenski ilə görüşməsindən də danışıb. Siyasətçi Ukraynaya yardımların davam etməsinin önəmliyini vurğulayaraq, Prezident haqqında xoş sözlər deyib: “Zelenski bütün dünya üçün qəhrəmandır. Onunla görüşmək bizim üçün fəxr idi”.

Pelosi həmçinin Ukraynaya əlavə hərbi, iqtisadi və humanitar yardımların göndərilməsi ilə bağlı qanun layihəsinin qəbul ediləcəyinin anonsunu verib verib. Onun sözlərinə görə, bu gələn həftənin əvvəlinə gözlənilir.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın