Tacikistan sərhədçiləri “Taliban” hərəkatı ilə döyüş nəticəsində geri çəkilmək məcburiyyətində qalan 300-dən çox əfqan hərbçinin ölkəyə girməsinə şərait yaradıb.

“Xovar” İnformasiya Agentliyi bununla bağlı Tacikistan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tacikistan sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq Əfqanıstan hərbçilərinin respublika ərazisinə keçməsinə icazə veriblər.

Məlumatda həmçinin əfqan hərbçilərin sərhəddi “Taliban”a müqavimət göstərdikdən sonra şəxsi heyəti qorumaq üçün keçdikləri vurğulanır. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın