Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla, onun yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycanın hərbi pilotları peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.

Ssenariyə uyğun olaraq təlimə cəlb olunan hərbi pilotlar qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları yerinə yetirib. Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində sonuncu mərhələnin tapşırığı icra edilib

“Anadolu Qartalı–2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb

İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.

Təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan uğurlar diqqətə çatdırılıb, planlaşdırılan birgə işlərdən danışılıb. Verilən bütün tapşırıqları peşəkarlıqla yerinə yetirilən hərbi pilotların göstərdikləri nəticələr təlimin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib, bütün ölkələrin komandalarına təşəkkür edilib və hədiyyələr verilib.

Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb

Azərbaycan HHQ “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təliminə 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarəsi ilə qoşulub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın