İndoneziyanın Kalimantan adasının cənub-şərqində salınacaq yeni paytaxtı Nusantara (tərcüməsi – “arxipelaq”) adlanacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yerli CNA telekanalının verdiyi xəbərə görə, bununla bağlı milli inkişafın planlaşdırılması naziri Suxarso Monoarfa hökumətin ölkə paytaxtının köçürülməsi məsələsinə həsr olunan toplantısında deyib.

“Mən prezident Vidodonun təsdiqini və direktivini almışam, yeni paytaxt Nusantara adlandırılacaq”, – nazir deyib. Onun sözlərinə görə, bu ad İndoneziya hüdudlarından uzaqda geniş tanınır və dövləti qısaca olaraq arxipelaq kimi səciyyələndirir.

Prezident Vidodo ölkəsinin paytaxtını Cakartadan köçürmək planını 2019-cu ildə elan edib. Bu məqsədlə 32 milyard dollara yaxın vəsait ayrılıb. Ancaq koronavirus pandemiyası səbəbindən layihənin reallaşdırılması dayandırılıb. İndi iki ildən sonra onu bərpa etmək planlaşdırılır.

İndoneziya dünyanın 18 min adadan ibarət ən böyük arxipelaqında yerləşir.

MƏNBƏAzərbaycan Dövlət İnformasiya Agentliyi
Öncəki xəbərÇin Xalq Respublikasında əhalinin sayı 1 milyard 412 milyona çatıb
Sonrakı xəbərAlmaniyada koronavirusa rekord sayda sutkalıq yoluxma halı aşkarlanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın