“Əş-Şəbab” terror qruplaşmasının dəstələri Somalinin cənubundakı Bulo-Marer şəhərinə girib.

YALAN.info bildirir ki, bununla bağlı “Goobjoog News” portalı məlumat yayıb.

Məlumata görə, hökumət bölmələri şəhərin mərkəzindən kənara çəkilib və Kambaridəki ordu bazasında toplaşıb.

Qeyd edək ki, Bulo-Marer Afrika İttifaqının Somalidəki Missiyasının Uqanda kontingentinə ev sahibliyi edir.

Hələlik hər iki tərəfdən mümkün itkilərlə bağlı məlumat alınmayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın