Azərbaycanın futbol üzrə milli komandası FIFA reytinqində daha 8 pillə geriləyib.

YALAN.info bildirir ki, Canni De Byazinin baş məşqçi olduğu yığma Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) hazırladığı yeni reytinq sıralamasında 1126 xalla 129-cu yerdə qərarlaşıb.

Buna yığmanın yoldaşlıq görüşlərində Malta və Latviya millilərinin hər ikisinə 0:1 hesabı ilə uduzması səbəb olub. Yada salaq ki, komanda ötən reytinqdə 1139 xalla 121-ci yerdə olub. Onu da bildirək ki, Malta 169-cu, Latviya isə 135-ci yerdədir.

Yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərindən Slovakiya 1454 xalla 45-ci, Belarus 1243 xalla 93-cü, Qazaxıstan isə 1134 xalla 125-cidir. Maraqlıdır ki, Azərbaycan milli komandansından yuxarıda Farer adaları, Qırğızıstan, Vyetnam, Fələstin, Madaqaskar, Hindistan, Tayland, Namibia, Mavritaniya, Anqola və hətta Mozambik var.

Reytinqin ilk pilləsində dəyişiklik baş verib. Belçikanı (1827) arxada qoyan Braziliya (1832) birinci sıraya yüksəlib. 1789 xalı olan Fransa üçüncüdür. Daha sonra ilk onluqda ardıcıl olaraq Argentina (1765), İngiltərə (1761), İtaliya (1723), İspaniya (1709), Portuqaliya (1674), Meksika (1658) və Niderland (1658) gəlir. Türkiyə millisi isə 1461 xalla 43-cü yerdədir.

Canni De Byazi: “Azərbaycan millisindəki işimi davam etdirəcəyəm

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmadakı işini davam etdirəcək. “Report“un məlumatına görə, bununla bağlı italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib. O, çətinliklərin olduğunu etiraf etsə də, Millətlər Liqasının sonunadək vəzifəsində qalacağını vurğulayıb.

66 yaşlı baş məşqçi İtaliya millisinin dünya çempionatından qıraqda qalmasına da toxunub: “Bu, futbolun bir parçasıdır. Toylara getmək yaxşıdır, bəs dəfn mərasimində iştirak etmək pis? Ötən ilin iyulunda qəhrəman olan Roberto Mançini bu gün axmaqdır? Avropa çempionluğunu qazananda hamı onu tərifləyirdi. Mançini doğru hiss etdiyi şeyi etdi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın