“Çempionlar Liqasının bir addımlığında uduzmaq ağırdır. Ancaq nə etmək olar? “Lex”, “Sürix” və “Ferentsvaroş” kimi çox güclü rəqibləri keçdik. Bu, o qədər də asan deyil”.

YALAN.info bildirir ki, bu sözləri “Qarabağ” Futbol Klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev “1News.az”a müsahibəsində deyib.

UEFA Çempionlar Liqasının (UEFA ÇL) pley-off mərhələsinin cavab oyunundan “Viktoriya”ya uduzan (1:2) Ağdam klubu artıq Bakıya qayıdıb. Millimizin də üzvü olan qolkiper hava limanında Çexiya klubu ilə oyunu dəyərləndirib: 

“Demək olar ki, bütün oyun boyu top sizə çatmırsa, çətin olur. Bakıda da belə idi. Onların qol epizodları yox idi. Öz səhvlərimizdən iki qol vurdular. İndi ən çətin durumda olan Çempionlar Liqasının qrupuna düşmək üçün bu qədər iş görən futbolçularımız və məşqçilərimizdir”.

Buraxılan ilk qolda kobud səhvə yol verən Məhəmmədəliyev bunun utancverici olduğunu bildirib: “Əlbəttə, üzücüdür. Belə anlarda düşünürsən ki, Şahruddin olmaqdansa, səni heç kim tanımasa, daha yaxşı olardı. Açığı, bir səhvdən sonra mənə belə nifrət ediləcəyini gözləyirdim. Ancaq bu futboldur və bu, bizim işimizin bir parçasıdır. Hə, utancvericidir, ancaq səbirli olmaq lazımdır. Bunun üçün məşq edirik və daha yaxşı olmağa çalışırıq. Bu durumda nə edə bilərəm? Mən hələ də həmin Şahruddinəm. Öz üzərimdə işləyirəm. Bu səhv bilərəkdən baş vermir. Bundan öncə də oyunlar olub”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın