Son zamanlar səhnə performansı və açıqlamaları ilə gündəmdən düşməyən türkiyəli pop ulduz Gülşenə qarşı araşdırma başlayıb.

YALAN.info bildirir ki, İstanbul Baş Prokurorluğu Gülşenin İmam Hatip liseyi şagirdləri ilə bağlı sözlərinə görə istintaq başladıb və müğənni barəsində saxlanılma qərarı verib.

Türkiyə Milli Təhsil Nazirliyi də məsələ ilə bağlı hüquqi prosedura başlayıb. Nazirlikdən verilən açıqlamada bildirilib ki, Gülşenin təhqir və böhtanlar ehtiva edən sözlərini qınayırlar.

46 yaşlı Gülşen “xalqı kin və düşmənçiliyə sövq etmək”də günahlandırılır. Onun polisin iştirakı ilə prokurorluğa gətirilməsinə qərar verilib. Gülşənin vəkili isə açıqlamasında “Gülşən bu gün mütləq nəzarətə alınacaq”, – deyə bildirib. 

Buna səbəb isə müğənninin gitara ifaçısına dediyi sözlər olub. Onun səhnədə: “Daha öncə İmam Hatipdə təhsil almışdı, azğınlığı bundandır”, – dediyi görüntülər müzakirələrə səbəb olub və İmam Hatip liseyinin şagirdlərinə təhqir kimi qəbul edilib. Sənətçinin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Twitter-də Gülşenin həbs olunması üçün #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın