Qırğızıstan rəhbəri səlahiyyətlərini icra edən Sadır Japarov respublika prezidentinin səlahiyyətlərinin qəbul edilməsi ilə bağlı fərmana qol çəkib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “RIA Novosti” məlumat yayıb.

“Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirən Sadır Japarov 16 oktyabr tarixində “Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasının qəbul edilməsi haqqında” fərman imzalayıb”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, səlahiyyətlərinin yerinə yetirilməsinə başlayan Sadır Japarov fərmanı ilə hüquq-mühafizə orqanları, məhkəmələr və yerli özünüidarəetmənin icra orqanları da daxil olmaqla bütün dövlət orqanlarının rəhbərləri qarşısında onlara həvalə edilmiş qurumların normal rejimdə işləməsini təmin etmək vəzifəsi qoyub.

Beləliklə, hüquq-mühafizə orqanlarına korrupsiya və cinayətkarlıqla mübarizəni gücləndirmək, Nazirlər Kabinetinə təcili olaraq özəl kapitalın və mülkiyyətin qorunması üçün tədbirlər görmək, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizəni gücləndirmək tapşırılıb.

Öncəki xəbərAzərbaycan Mərkəzi Bankı 1, 5 və 50 manatlıq pul nişanlarının dizaynını dəyişdi
Sonrakı xəbərXankəndidə doğulmuş xalq artistimiz Fəxrəddin Manafovla müsahibə
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın