Ukrayna prezident Vladimir Zelenski ölkə vətəndaşlarına müraciət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Prezident Ukrayna xalqını Rusiya təhlükəsi ilə bağlı yayılan xəbərlərə görə təşvişə düşməməyə çağırıb.

“Müharibə artıq səkkizinci ildir ki davam edir. İndi panikaya düşmək, durumu gərginləşdirmək, qarabaşaq və kibrit alıb yığmaq vaxtı deyil”, – deyə dövlət başçısı bildirib.

Dövlət başçısı bildirib ki, ölkə müharibə istəmir, ancaq müdafiəyə hazırdır.

Zelenskinin sözlərinə görə, Rusiya təhlükəsi ilə bağlı xəbərlər ölkədəki investorlara və biznesə “hücum” məqsədilə yayılır.

Videoçarx Ukrayna prezidentinin rəsmi saytında yayınlanıb.

Президент Зеленський про війну з Росією: Без паніки!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın