Dekabrın 19-da Parisdə keçiriləcək “Junior Eurovision 2021” mahnı yarışmasında Azərbaycanı təmsil edən Sona Əzizova “One of Those Days” mahnısını oxuyacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu Azərbaycanın “Junior Eurovison” mahnı yarışmasında 4-cü iştirakı olacaq.

Ölkəmiz 2012-ci ildə “Eurovision 2012” mahnı yarışmasına ev sahibliyi edib və həmin ildən də “Junior Eurovision” yarışmasına qatılıb. Azərbaycan Amsterdam (2012), Kiyev (2013) və Minsk (2018) “Junior Eurovision” mahnı yarışmalarında iştirak edib və 2013-cü ildə 7-ci yeri tutub.

Yarışda 19 ölkənin iştirakı gözlənilir. Müsabiqə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək. Polşada Fransa təmsilçisinin mahnısının əks-sədası kimi “Imagine” (Təsəvvür et) Paris mahnı müsabiqəsinin şüarı müəyyən edilib. Bu şüarın yaradıcılığa, xəyala təhrikin zəmini olduğu bildirilir.

Qeyd edək ki, güclü səsi olan Sona Əzizova İTV televiziya kanalında keçirilmiş “Səs Uşaqlar” mahnı yarışmasında 2-ci yeri tutub.

Sona Azizova – One Of Those Days – Azerbaijan 🇦🇿 – Official Music Video – Junior Eurovision 2021

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın