Yelizaveta Yasko Mixail Saakaşvilinin Gürcüstanın azadlığı uğrunda mübarizəsini dəstəkləyir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Report”a açıqlamasında Ali Radanın deputatı, Mixail Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko deyib.

“Ötən cümə günü yayımlanan birgə videoda dolğun şərhlər və dəyərləndirmələr yer alırdı. Biz birlikdəyik, bir-birimizi sevirik, siyasi həmfikirlərik”, – Mixail Saakaşvili ilə münasibətlərindən danışan Y.Yasko deyib. Onun sözlərinə görə, Saakaşvilinin həbsi qanunsuzdur:

“Bu, indiki Gürcüstan hökuməti tərəfindən siyasi repressiyadır və ölkənin demokratik institutlarını sarsıdır. Gürcüstan məhkəmələrinin çıxardığı qondarma hökmlər qanunsuzdur. Mixailin azad edilməsi üçün əlimdən gələni edəcəyəm. Deputat, Ukrayna vətəndaşı və ona yaxın bir insan kimi bunu edəcəyəm”.

“Ukrayna bu məsələyə müdaxilə etməli və vətəndaşını qorumalıdır. Prezident Volodimir Zelenski bununla bağlı mövqeyini bildirib. Ümid edirəm ki, Ukrayna Xarici İşlər Nazirliyi və Tiflisdə səfirlik də Mixailə gərəkli yardım və müdafiəni təmin etmək üçün zəruri olan hər şeyi edəcək”, – deputat əlavə edib.

Yada salaq ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

Bu olaydan sonra Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” Partiyasından olan deputatı sosial şəbəkələrdə Mixail Saakaşvilinin videomüraciətini paylaşıb. Bu müraciətdə Gürcüstanın üçüncü prezidentinin ikinci dəfə evləndiyi bilinib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın