Azərbaycanlı kikboksçu, K1 döyüşçüsü Zabit Səmədov MMA turniri olan ACA-130-da növbəti qələbəsini qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 37 yaşlı “Mauqli” oktaqonda K1 qaydaları ilə keçirilən döyüşdə Konqo əsilli Nayf Didye ilə qarşılaşıb.

O, rəqibinə ikinci raundda texniki nokautla qalib gəlib. Belə ki, Zabitin vurduğu “lou kik” zərbəsindən sonra rəqib idmançı sol ayağından ciddi zədə aldığını əsas gətirərək döyüşü davam etdirə bilməyib.

Qeyd edək ki, Qroznıda keçirilən döyüşü Çeçenistanın Prezidenti Ramzan Kadırov və ötən ay Moskvada Nəriman Abbasovun qalib gəldiyi MMA idmançısı, Həbib Nurməhəmmədovun yeznəsi Şamil Zavurov da izləyib.

Zabit Səmədov bu görüşdə qalib gəlməklə karyerasında 103-cü qələbəsini qazanıb.

ACA 130: Найф Дидье vs. Забит Самедов | Knife Didier vs. Zabit Samedov

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın