Dünya Rusiyanın Ukraynaya qarşı uzun sürən müharibəsinə hazırlaşmalıdır, çünki Rusiya prezidenti Vladimir Putin tükəndirmə kampaniyasına başlamağa çalışır.

YALAN.info bildirir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib.

O diyib ki, Rusiya prezidenti Vladimir Putin geri çəkilmək üçün yetərincə müdrik deyil və hələ də Ukraynanın tam işğal edə biləcəyini düşünə bilər.

Baş nazir vurğulayıb ki, Böyük Britaniya və başqa müttəfiqlər Ukraynanın öz torpaqlarını qoruya bilməsi üçün strateji dözümlülüyünün olmasını təmin etməlidir. “Vaxt hər şeyi həll edir. Hər şey Ukraynanın öz torpaqlarını müdafiə etmək qabiliyyətini Rusiyanın hücum qabiliyyətini bərpa edə bilməsindən daha tez artırıb-artıra bilməyəcəyindən asılı olacaq”, – deyə hökumət başçısı bildirib.

Yada salaq ki, Britaniyanın Baş naziri Boris Conson iyunun 17-də Ukraynaya səfər edib. Bu, Consonun Ukraynada tammiqyaslı müharibə başlayandan indiyədək ikinci səfəri olub. O, apreldə Kiyevə səfər edən G7 ölkəsinin ilk lideri olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın