Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilini əfv etməyəcəyini bildirib.

“Bu gün çoxları soruşur ki, Prezident onu (Saakaşvilini – red.) əfv etməyi planlaşdırırmı? Bu suala yalnız bir, asan və tam cavabımız var –  yox, bu heç vaxt olmayacaq!”, – deyə 69 yaşlı Gürcüstan Prezidenti vurğulayıb.

Gürcüstan Prezidenti bəyan edib ki, Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə qarşı olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib.

Gürcüstanın keçmiş prezident Mixail Saakaşvili saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb. Bununla bağlı Mixail Saakaşviliyə təcridxanada baş çəkən Gürcüstan ombudsmanı Nino Lomcariya məlumat yayıb. Ombudsman həmçinin bildirib ki, M.Saakaşvili Ukrayna konsulu ilə görüş tələb edir.

“Mən içəri girəndə o, (Mixail Saakaşvilini nəzərdə tutur – red.) tibbi müayinədən keçirdi. Sonra bizə kamerada danışmaq imkanı verildi”, – deyə Gürcüstan ombudsmanı sözlərini tamamlayıb.

Qaynaq: Sputnik Gürcüstan

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın