Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların 2018-ci ilin yanvar ayı üçün reytinq sıralamasında 3-cü yerə yüksəlib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı FIDE-nin rəsmi saytına qaynaqlanaraq bildirir ki, Azərbaycan şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov üçüncü sıradakı yerini daha da gücləndirib. Şahmatçımız əmsalını 2804 xala çatdırıb. O, FIDE-nin dekabr ayı üçün reytinq siyahısındakı əmsalını 5 xal yaxşılaşdırıb.

Başqa şahmatçılarımızdan Teymur Rəcəbov (2748) dekabr ayı ilə qarşılaşdırdıqda iki addım geriləyərək 19-cu sırada qərarlaşıb. Öz əmsalını və yerini qoruyan Rauf Məmmədov (2709) 40-cı, iki pillə irəliləyən Arkadi Naydiç (2701, ötən ay 2705) isə 41-ci sıradadırlar.

Reytinq siyahısına indiki Dünya çempionu, norveçli Maqnus Karlsen (2837) başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2811 xalla ikinci yerdədir.

FIDE-nin 2018-ci ilin Yanvar Ayı üçün Reytinqi

  1. Maqnus Karlsen (Norveç) – 2834
  2. Fabiano Karuana (ABŞ) – 2811
  3. Şəhriyar Məmmədyarov (Azərbaycan) – 2804
  4. Levon Aronyan (Ermənistan) – 2797
  5. Maksim Vaşye-Laqrav (Fransa) – 2793
  6. Uesli So (ABŞ) – 2792
  7. Vladimir Kramnik (Rusiya) – 2787
  8. Xikaru Nakamura (ABŞ) – 2781
  9. Din Lijen (Çin) – 2769
  10. Petr Svidler (Rusiya) – 2768
  11. Vişvanatan Anand (Hindistan) – 2767
  12. Aleksandr Qrişuk (Rusiya) – 2767
  13. Yu Yangyi (Çin) – 2760
  14. Sergey Karyakin (Rusiya) – 2753
  15. Aniş Qiri (Hollandiya) – 2752
  16. Yan Nepomnyahi (Rusiya) – 2751
  17. David Navara (Çexiya) – 2749
  18. Veselin Topalov (FIDE) – 2749
  19. Teymur Rəcəbov (Azərbaycan) – 2748
  20. Harikişna P. (Hindistan) – 2745
Öncəki xəbərFövqəladə Hallar Nazirliyi İtmiş Alpinistlərin Axtarışı ilə Bağlı Açıqlama Yayımladı
Sonrakı xəbərValyuta Dəyişmə Əməliyyatlarının Aparılması Qaydası Yeniləndi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın