“Yenidən Azərbaycan yığmasının formasını geyinmək istəyirəm. Ancaq nə edəsən ki, futbola hərə fərqli baxır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu APASport.az saytına Azərbaycan millisinin keçmiş futbolçusu Ruslan Qurbanov deyib.

Belarusda “Slaviya”nın formasını geyinən 30 yaşlı hücumameyilli oyunçu qolları sıralayacağı halda belə, yığmaya bir daha çağırılacağına inanmır. O, bunu açıqsözlü olması ilə əlaqələndirib: “Hətta 10 qol vursam da, milliyə çağırılmayacağımı bilirəm. Kimsə məni futbolçu saymır, kimsə sayır. Hamını sevindirmək olmaz. Açığı, kimdən niyə incidiyimi özüm də bilmirəm. Amma ürəyim sadəcə, onlara lazım olmadığımı deyir. Bəlkə də, sözü birbaşa üzə deməyim xətirlərinə dəyə bilər. Məsələn, de Byazi haqda düşüncələrimi deyirəm və onu Robert Prosineçki ilə müqayisə edirəm. De Byazi Azərbaycan yığmasında 1 xal toplayıb, Prosineçki 10 xal yığmışdı”.

Qeyd edək ki, Ruslan Qurbanov 2015-2018-ci illərdə Azərbaycan millisinin heyətində 23 oyun keçirib, 1 qola imza atıb.

Öncəki xəbərAzərbaycan boksçusu: Qələbəmi 44 günlük Vətən müharibəsi şəhidlərimizə həsr edirəm
Sonrakı xəbərMahir Emreli UEFA Avropa Liqasında “Napoli”yə vurduğu qoldan danışdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın