Bu gündən etibarən Rusiyadan Azərbaycana gələn təyyarə reyslərinin dayandırılması tanınmış müğənni Damlanı çətin vəziyyətə salıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı müğənninin prodüseri Şamil İbrahimov məlumat verib.

Prodüser deyib ki, yollar bağlandığı üçün Damla Rusiyadan Azərbaycana qayıda bilməyib: “İndi Rusiyadayıq. Geri dönüş biletlərimiz ləğv olundu, ancaq burada yenə məclislərimiz var. Yollar nə zaman açılsa, o zaman geri dönə biləcəyik. Biz artıq öyrəşmişik. İnanırıq ki, tezliklə hər şey yoluna düşər”.

Bildirək ki, bu gündən etibarən beynəlxalq uçuşlar zamanı yaranan risklərlə bağlı olaraq, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.

Onu da bildirək ki, pandemiya dövründə sərt karantin rejimi zamanı uçuşlar ləğv olunanda da Damla prodüseri Şamillə birgə Rusiyadan geri qayıda bilməmiş, aylarla orada qalmışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın