Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında I turun təxirə salınmış Qarabağ FK – Zirə FK oyunu keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ağdam təmsilçisi “Azərsun Arena”da baş tutan görüşdə qələbə qazanıb: 3-2.

Meydan sahibləri 28-ci dəqiqədə penaltidən Filip Ozobiç və 48-ci dəqiqədə İnosent Emeqaranın qolları ilə hesabda öndə olsalar da, qonaqlar 56 və 82-ci dəqiqələrdə Mirsahib Abbasovla tarazlığı bərpa ediblər. Ancaq Emeqara 85-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza ata bilib.

Bu qələbə sayəsində xalını 13-ə çatdıran Qarabağ Futbol Klubu birinci pilləyə yüksəlib. Qurban Qurbanovun başçılıq etdiyi kollektivin “Neftçi” ilə eyni xalı olsa da, top fərqində üstün olduğu üçün liderə çevrilib.

TPL 2018/2019, I tur, “Qarabağ” 3-2 “Zirə” Geniş icmal

Öncəki xəbərABŞ Prezidenti Donald Tramp İranı ağır sanksiyalarla qorxutdu
Sonrakı xəbərHikmət Hacıyev: Paşinyan Yerevan küçələri ilə BMT-ni qarışıq salıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın