Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/4 final oyununda Azərbaycanın minifutbol millisi Bolqarıstan kollektivi ilə üz-üzə gəlib.

YALAN.info bildirir ki, qarşılaşma Azərbaycan Milli Komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər. Bu qələbə sayəsində millimiz turnirin yarımfinalına yüksəlib.

Azərbaycan komandası öncəki mərhələdə Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırmışdı. Millimiz qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub ediblər.

İndi Azərbaycan millisi ilk dəfə qatıldığı minifutbol üzrə dünya çempionatının yarımfinalında Qazaxıstanla qarşılaşacaq. Bu görüş noyabrın 3-də baş tutacaq. Qazaxlar 1/4 finalda çox güclü Çex Respublikasını çətinliklə məğlub etməyi bacarıblar.

WMF World Cup 2023 I Day 8 I Azerbaijan – Bulgaria I Highlights

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın