“İran yaxın 60 gün ərzində nüvə silahına sahib olacaq”.

YALAN.info bildirir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp (Donald Trump) “Fox News”a müsahibəsində deyib.

O bu məsələdə Ağ Evin indiki rəhbəri Co Baydeni ittiham edib. “Onlar nüvə silahı əldə etdikdən sonra bu, artıq tamam başqa tarix olacaq. Tamamilə fərqli danışıqlar, tamamilə fərqli razılaşmalar… Bayden onlara bunu etməyə icazə verdi”, – deyə Tramp vurğulayıb.

Keçmiş Ağ Ev rəhbəri Vaşinqtonun indiki xarici siyasətinin ölkəni III Dünya müharibəsinə apardığını bildirib. “Ölkəmiz qarışıqlıqdır, sərhədlərimiz açıqdır və təhlükəsizliyi yoxdur. Bilirsiniz, doqquz ay uzun müddətdir. Bu müddət ərzində sizin III dünya müharibəsini başlamaq üçün çox yaxşı şansınız var, çünki bizdə öz işini lazımınca yerinə yetirməyən biri var”, – deyə Tramp vurğulayıb.

Yada salaq ki, keçmiş dövlət başçısı Tramp indi prezidentlik uğrunda mübarizəyə başlayıb və seçki yarışında fəal iştirak edir. Birləşmiş Ştatlarda prezident seçkisi 2024-cü ilin noyabrına planlaşdırılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın